Aqrar Universitet ilə “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Aqrar Universitet ile “AzerBlast” MMC arasinda emekdasliq memorandumu imzalanib

Azərbaycan Dövlət Aqrar Universiteti və “AzerBlast” MMC arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığın qurulmasına dair memorandum sənədi imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən mərasimdə sənəd universitetin rektoru Zəfər Qurbanov və MMC-nin icraçı direktoru Fuad Ramazanov tərəfindən imzalanıb.

Qarşılıqlı razılaşmanın əldə olunmasında əsas məqsəd müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanması, elmi tədqiqatların və tədris fəaliyyətlərinin gücləndirilməsi, həmçinin sənaye ilə təhsil arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu əməkdaşlıq çərçivəsində istehsalat təcrübələri, birgə layihə və tədbirlər, texnoloji yeniliklərin tətbiqi və bilik-təcrübə mübadiləsi vasitəsilə hər iki tərəfin inkişafına töhfə verilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində qonaqlarla görüşən universitetin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və tədris-təcrübə imkanları barədə ətraflı məlumat verib. Rektor deyib ki, ADAU xüsusilə mütəxəssis hazırlığı məsələlərində yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq etməkdə maraqlıdır.

MMC-nin icraçı direktoru Fuad Ramazanov sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan “AzerBlast” MMC-nin fəaliyyəti, məqsədləri və hədəfləri haqqında geniş məlumat verib, bu sənayenin inkişafında və səmərəli fəaliyyətin təmin olunmasında ixtisaslı yerli kadrların rolunu vurğulayıb. Bildirib ki, MMC-nin universitetlə əməkdaşlığı, elmi biliklər və sənayenin vəhdətini təşkil etməklə şirkətin innovasiya yönümlü strategiyasına və insan kapitalının inkişafına, həmçinin real sektorun ehtiyaclarına cavab verən praktik həllərin yaranmasına stimul verəcək.

Görüşdə qarşılıqlı əməkdaşlıq, tələbələrin təcrübə məsələləri və birgə həyata keçirilə biləcək layihələr ətraflı müzakirə olunub.

image-17449857284710964039_1200x630 image-17449857283613047745_1200x630 image-17449857282825412748_1200x630