Apellyasiya komissiyası fəaliyyətini davam etdirir

Apellyasiya komissiyasi fealiyyetini davam etdirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətini davam etdirir.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlərə 5-8 may 2025-ci il tarixlərində saat 09:30-dan 12:30-dək BŞTİ-yə yaxınlaşaraq psixoloqların işə qəbul müsabiqəsinin Apellyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb. Müraciət edənlərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiqləyən sənədlərini özü ilə gətirməsi vacibdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə namizədlərin əlaqə nömrələrinə göndərilib.