Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinə kitabxana müdiri/ kitabxanaçı vəzifəsinə işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 8 sentyabr 2025-ci il tarixində saat 14:30-16:30 aralığında BŞTİ-yə yaxınlaşaraq komissiyaya müraciət edə bilərlər.
Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü ilə gətirməsi vacibdir.
Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə göndərilib.