Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib

Ankarada Azerbaycan ve Turkiye Bas Qerargah reislerinin gorusu kecirilib

Ankarada səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrinin X hesabında paylaşım edilib.Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.