Ani diqqətsizliyin səbəb olduğu ağır qəzalar - Video
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda sürücü diqqətsizliyinin səbəb olduğu bəzi qəzaların görüntülərini yayıb.
Zeferinfo.az xəbər verir ki, məlumatda hadisələrə səbəb olan amillərdən biri kimi sürücülərin ehtiyatsızlığı əsas göstərilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri bir daha diqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondan istifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsinin idarə edilməsinə yönəldin”, - deyə, məlumatda qeyd edilib.