ANAMA yanında İctimai şuraya üzvlər seçilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Zeferinfo.az-a verilən məlumata görə, səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb edilən səs çoxluğunu toplamış 9 nəfər ANAMA yanında İctimai şuranın üzvü seçilib.
Seçilənlərin hər biri minatəmizləmə, maarifləndirmə, minadan zərəçəkənlərə yardım, ölkəmizin mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdir.