ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib

Bu barədə Zeferinfo.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.