ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb

ANAMA-nin emekdasi Ermenistanla serhed bolgede minaya dusub
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də minaya düşüb.

Bu barədə Zeferinfo.az-a  ANAMA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.