ANAMA ilə UNICEF arasında əməkdaşlıq imkanları müzakirə edilib 

ANAMA ile UNICEF arasinda emekdasliq imkanlari muzakire edilib 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah ilə görüşüb.

Bu barədə Zeferinfo.az-a ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, görüşdə mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə sahəsində ANAMA ilə UNICEF tərəfindən ölkəmizdə birgə icra edilən layihələr, bu sahədə mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.