Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub
Bu barədə Zeferinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, amnistiya tətbiq olunan şəxslərin 4.977-si müəyyən müddətə azadlıqdan məhrumetmə, 6.613-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 734 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 13 nəfər və Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 13 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 1.021-i böyük ictimai təhlükə törətməyən, 10.502-si az ağır, 813-ü ağır cinayətlər törətmiş şəxslərdir.
Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 11.761-i kişi (onlardan 17-si yetkinlik yaşına çatmayan şəxslərdir), 575-i isə qadındır.
Amnistiya aktının icrası davam edir.