Amnistiya aktı bu şəxslərə şamil edilməyəcək

Amnistiya akti bu sexslere samil edilmeyecek

Amnistiya aktı bir sıra şəxslərə şamil edilməyəcək.

Zeferinfo.az  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında parlamentin qərar layihəsində əksini tapıb.

Qəbul olunmuş amnistiya qərarına əsasən, qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərə düşən şəxslər amnistiyadan yararlana bilməyəcəklər.

Belə ki, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanuna uyğun olaraq, aşağıdakı şəxslər barəsində amnistiya tətbiq edilmir:

– Ağır və xüsusilə ağır cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər;

– İnsan həyatına, sağlamlığına, azadlığına və cinsi toxunulmazlığına, eləcə də dövlət təhlükəsizliyinə və ictimai asayişə qarşı cinayətlər törətmiş şəxslər;

– Terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah və partlayıcı maddələrlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb edilənlər;

– Korrupsiya, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması, qaçaqmalçılıq və digər maliyyə cinayətləri törətmiş şəxslər;

– Təhlükəli və ya xüsusilə təhlükəli residivistlər, yəni əvvəllər məhkum olunaraq yenidən ağır cinayət törədənlər;

– Əvvəllər amnistiya və ya əfvetmə aktı ilə azadlığa buraxıldıqdan sonra yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər;

– Cəzaçəkmə müəssisələrində, həbs yerlərində və ya intizam xarakterli hərbi hissələrdə olarkən qəsdən cinayət törədənlər;
– Maddi ziyanı tam ödəməyən şəxslər;

– 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinə əsasən xüsusi ağır cinayətlərə görə məhkum edilmiş şəxslər.

Back To Top