“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

“Alyans” Azerbaycan Xususi Xidmet Orqanlari Veteranlarinin Ictimai Birliyinin uzvleri ulu onder Heyder Eliyevin mezarini ziyaret edibler (FOTO)

Dövlətimiz və xalqımız uğrunda əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Zeferinfo.az xəbər verir ki, Ümummilli Liderin məzarı önünə əkil və gül dəstələri qoyulub, əziz xatirəsi anılıb.

Daha sonra tədbir iştirakçıları görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.