Ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları açıqlandı
Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.
Bu barədə Zeferinfo.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, xarici dillər, informatika və məntiqi təfəkkürün yoxlanması üzrə qəbul imtahanı proqramları, həmçinin ali təhsil müəssisələrinin magistraturalarına 2025-ci ilin qəbul imtahanında istifadə olunmuş test tapşırığı nümunələri və onların izahları Azərbaycan və rus dillərində dərc edilib.