Ali, orta ixtisas, peşə və ümumi təhsil haqqında sənədlərin verilməsi qaydaları təsdiq edilib

Ali, orta ixtisas, pese ve umumi tehsil haqqinda senedlerin verilmesi qaydalari tesdiq edilib

Ali, orta ixtisas, peşə və ümumi təhsil haqqında sənədlərin verilməsi qaydaları təsdiq edilib.

Zeferinfo.az xəbər verir ki, bunun bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası”, "Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası, Peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası”, "Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası” təsdiq edilib.

Həmçinin Nazirlər Kabinetinin “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv olunub.

Back To Top