Aktau faciəsi: məsuliyyəti Rusiyanın hərbi-siyasi rəhbərliyi daşıyır

Aktau faciesi: mesuliyyeti Rusiyanin herbi-siyasi rehberliyi dasiyir

"Bakıdan Qroznıya uçan sərnişin təyyarimizi vuran əlbəttə ki Rusiyadır".

Zeferinfo.az xəbər verir ki, bu fikirləri Turan Araşdırma Mərkəzi İB-nin   sədri Cavid İsmayıl öz  sosial  media  hesabında yazıb. Onun sözlərinə görə, ilkin olaraq təyyarəmizin vurulmasında bütün məsuliyyətin Rusiyanın hərbi hakimiyyətində olduğu fonu yaransa da, Rusiya hakimiyyətinin israrla bu cinayəti ört-basdır cəhdlərinin aparılması bir daha onu əsaslı olaraq sübut edir ki, bu cinayətdə məsuliyyəti Rusiyanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Xatırladaq ki, ötən il  dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb.