Zeferinfo.az xəbər verir ki, bu barədə o özünün “X” hesabında yazıb.
“Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız, Türk Dünyasının strateji mərkəzlərindən biri olan “Türk Qapısı” adlandırdığımız Naxçıvan olacaq.
Gələcəkdə Azərbaycan-Türkiyə qardaşlığının bölgədə yaradacağı sülh və rifah mühiti Naxçıvan xəttindən yüksələcək”, - o bildirib.
Onun Naxçıvana yerli vaxtla 15:40-da çatması planlaşdırılır. Daha sonra bir sıra görüşlər baş tutacaq. Kürşad Zorlu növbəti gün İğdıra ziyarət edəcək.