Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki missiyasının müddətinin 2 il uzadılması təklif olunur

AI-nin Ermenistanin Azerbaycanla serhedindeki missiyasinin muddetinin 2 il uzadilmasi teklif olunur

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Ermənistanda qalma müddətinin 2 il uzadılması təklif olunur.

Zeferinfo.az-ın xəbərinə görə, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, qurumun Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın quruma üzv dövlətlərin də dəstəklədiyi təklif hazırda müvafiq strukturlar tərəfindən müzakirə edilir: “Müvafiq qərar da məhz bu diskussiyalardan sonra veriləcək”.