Ağsuda avtoxuliqanlıq edən sürücü həbs olundu

Agsuda avtoxuliqanliq eden surucu hebs olundu

Ağsuda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bu barədə Zeferinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb.

H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.

Back To Top