Agentlik: Azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələri üzrə işlər intensiv aparılır

Cəbrayıl rayonundakı "Şəfəq" Günəş Elektrik Stansiyaları ilə bağlı bütün mobilizasiya işləri başa çatdırılıb və tikintiyə başlanılıb.
Zefernfo.az xəbər verir, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
"Cəbrayılda BP şirkəti ilə birgə həyata keçirilən 240 meqavat gücündə "Şəfəq" GES ərazisində artıq bütün mobilizasiya işləri başa çatıb və tikinti işlərinə start verilib", - Cavid Abdullayev qeyd edib.
O əlavə edib ki, eyni zamanda, Cəbrayıl rayonunda hər biri 50 meqavat olmaqla "Şəms" və "Üfüq" stansiyaları ilə bağlı mobilizasiya işləri yekunlaşıb və bu layihələr üzrə işlər intensiv şəkildə davam etdirilir.