Ağdərədəki yanğın zamanı mina partlayıb, xəsarət alan var

Agderedeki yangin zamani mina partlayib, xesaret alan var
Ağdərədə baş verən yanğın zamanı mina partlayışı hadisəsi baş verib.

Zeferinfo.az-ın xəbərinə görə, partlayış zamanı yanğınsöndürən Babək Zeynalov yaralanıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.

Hazırda yanğının söndürülməsi işləri davam edir.