Ağdərədə insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb

Agderede insana mexsus oldugu ehtimal edilen skelet fraqmentleri askarlanib
Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.

Zeferinfo.az-ın məlumatına görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.

Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.

Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.