Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Agdasda narkotikin tesiri altinda avtomobil idare eden surucu hebs olundu

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Fiat” markalı avtomobilin sürücüsü Kamal Məmmədov manevr etmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Zeferinfo.az-a  verilən xəbərə görə, yoxlama zamanı K.Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Nəticədə sürücünün marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Back To Top