Ağdamda iki muzeyin ərazisindəki bina qalıqları mühafizə olunacaq

Agdamda iki muzeyin erazisindeki bina qaliqlari muhafize olunacaq
Ağdam şəhərində inşa ediləcək İşğal və Zəfər muzeyləri komplekslərinin ərazisində bina qalıqlarının konservasiyası üzrə layihə-smeta sənədləri hazırlanacaq.

Zeferinfo.az xəbər verir ki, sözügedən işlərlə əlaqədar "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC “NKT-Bərpa” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən “NKT-Bərpa” MMC hazırlayacağı layihə sənədinin qarşılığında 416 005 manat alacaq.

Müvafiq işlərin icrasına ötən gündən start verilib, gələn ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “NKT-Bərpa” MMC 2013-cü ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İsayev Eldar Ürfət oğlu olan şirkətin 5 manat həcmində nizamnamə kapitalı var.

Back To Top