Ağdamda aşkarlanan insan skeletinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır

Agdamda askarlanan insan skeletine benzer sumuk fraqmentleri ile bagli arasdirma aparilir
Ağdamda insan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Zeferinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.