Ağcabədidə kanalda batan yeniyetmənin meyiti tapıldı
Ağcabədidə kanalda batan 17 yaşlı yeniyetmənin meyiti tapılıb.
Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, yeniyetmənin meyiti bu gün səhər saatlarında tapılıb.
Qeyd edək ki, Yuxarı Qarabağ Kanalının Ağcabədi rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində kənd sakini 2008-ci il təvəllüdlü Həsənov Adil Əkbər kanalda batmasına dair əsaslı şübhələr var idi. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunmuşdu.