Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edənlər tutulub

Agcabedide cetene bitkisinin kultivasiyasini teskil edenler tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Zeferinfo.az-a verilən məlumata görə, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar. Onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.