Afrikada saxlanılmış gəmilər bizə məxsus deyil - ASCO

Afrikada saxlanilmis gemiler bize mexsus deyil - ASCO

Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid deyil.

Zeferinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev şəxsi "Facebook" səhifəsində yazıb.

Bildirilir ki, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır.

"Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır", - deyə qeyd edilib.