ADNSU –n nəznində Bakı Neft-  Energetika Kollecindıə Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

ADNSU –n nezninde Baki Neft-  Energetika Kollecindie Konstitusiya ve Suverenlik Ili” cercivesinde tedbir kecirilib

Gənc Vətənpərvərlər  “Ictimai Birliyi “Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə  “ Gənclər  arasında Konstitusiya və suverenlik ili”nin  ideya  və  mahiyyətinin  təbliğində   vətənpərvərlik“adlı layihə çərçivəsində    ADNSU –n nəzdnində Bakı Neft - Energetika Kollecidə   "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar  tədbir  keçirilib.
Tədbir  Azərbaycanın  Dövlət himi ilə başladı və Ulu Öndərin və  torpaqlarımızın  müdafiəsi uğrunda  həlak olmuş şəhidlərimizin  ruhunu bir dəqiqəlik skutla  yad edildi.                                                     
  Tədbiri giriş sözü ilə açan  Bakı Neft-Energetika Kollecin direktoru Ata Babayev  qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb.
Layihə rəhbəri Müqamət Əliyev  vuruğlayıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. 
  Kollecin tarix müəlliməsi Əsmər Qəribova  diqqətə çatdırıb ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması xalqımızın həyatında yeni və xoş başlanğıcların müjdəsidir.  
 Xalqımızın milli iradəsi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, vətəndaşlarımızın bu inkişaf siyasətinə dəstəyi sayəsində Azərbaycan daha böyük hədəflərə çatacaq, tərəqqinin yeni mərhələlərinə yüksələcəkdir. 
Daha sonra tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəkdir..
  Tədbirin sonunda Bakı Neft - Energetika Kollecin tarix müəlliməsi Sevinc Məmmədova  və tarixçi Qəribova Əsmər  gənclərdə  vətənpərvərlik tərbiyəsinin  təbliği və təşkili,milli mənəvi dəyərlərin  aşılanması istiqamətdə  görülən işlərdə və s səy və xidmətlərinə  görə Fəxri  Diplomla təltiv olundu  
Tədbirdə , ADNSU –n nəzdnində Bakı Neft - Energetika Kollecin müəllim kolektivi,tələbələr,GVİB-n İdarə Heyəti və könüllülər iştirak ediblər
Qeyd edək ki, layihə  Azərbaycan Respublikasının   Gənclər Fondunun   maliyə yardımı  ilə həyata keçirilir.