Abşeronda oğurluq edən şəxslər saxlanılıblar

Abseronda ogurluq eden sexsler saxlaniliblar

Abşeron rayonunda talama cinayətləri baş verib. Rayonun Saray qəsəbəsində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 1400 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Abşerin Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 41 yaşlı R.Bədəlov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla R.Bədəlovun rayon ərazisində yerləşən daha iki evdən ümumilikdə 1750 manat dəyərində təmir-tikinti alətlərini talaması da məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki iki marketdən 948 manat dəyərində tütün məmulatları, 180 manat nağd pul, bank kartı oğurlamaqda şübhəli bilinən R.Həşimli və P.Şahmarlı da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.