Abşeronda bayram tədbiri keçirilib - FOTOLAR

Abseronda bayram tedbiri kecirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial XidmətlərAgentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin, əlillərinin və iştirakçılarının övladları üçün bayram tədbiri keçirilib. 

 

Zeferinfo.az xəbər verir ki, tədbirdə Milli Məclisin üzvləri Müşfiq Məmmədli, Vüqar İskəndərov,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədr müavini, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova,  Vətən müharibəsi şəhidlərinin ailələri və övladları, Vətən müharibəsi  əlilləri və iştirakçıları və onların övladları iştirak ediblər. 

 

Əsas məqsəd iştirakçıların asudə vaxtının maraqlı və səmərəli keçirilməsidir. Bu səbəbdən tədbirlərdə konsert proqramları, əyləncəli oyunlar, viktorinalar təşkil olunub.

 

Sonda isə iştirakçılara hədiyyələr təqdim edilib.