ABŞ kəşfiyyatının keçmiş rəhbəri Riçard Qrenell Bayden administrasiyasını ağılsızlıqda günahlandırıb.
“Bayden Türkiyə ilə Suriyada baş verən xaosla bağlı birgə çalışacağını dilə gətirə bilmədi. 1952-ci ildən NATO müttəfiqi olan Türkiyəyə məhəl qoymamaq tamamilə axmaqlıqdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə xristianların və digər azlıqların müdafiəsində öz mövqelərini konkret olaraq sərgilədi”, – deyə o, bildirib.
Göründüyü kimi artıq Rusiya və İranı meydanda oyundankənar vəziyyətə salan Türkiyə artıq regionda əsas söz sahibinə çevrilib.
Bundan sonra nə baş verəcəyi isə olduqca maraqlıdır.
Yanvarın 22-də hakimiyyəti təhvil alacaq Donald Tramp Baydenin hansı səhvlərini düzəldə bilər? Görünən isə odur ki, elə Tramp Türkiyənin regionda güc mərkəzinə çevrilməsində maraqlıdır.
1. Suriyada iştirak edən və hərbi mövcudluğu olan ABŞ-ın əsas qlobal rəqibi olan Rusiya və İranı Suriyadan sıradan çıxardı.
2. ABŞ əsas düşməni hesab etdiyi Əsədi tamamilə yox etdi.
3. ABŞ Türkiyənin regionda gücünü artırmağa dəstək verməklə Ərəb ölkələrinin Türkiyənin təsir dairəsinə saldı.
İndi regionda Türkiyənin maraqları əsas rol oynayır. Türkiyə regionda güclənmək terroçular məsələsini birdəfəlik qapatmaq istəyir. Rəsmi Ankara bu planlarını ildırımsürətli gedişlə həyata keçirdə bilir. Artıq PKK/YPG terror təşkilatının da tam məhv edilməsi üçün son addımlar atılır.
Qoşqar Salmanlı