ABŞ Ukraynanın “ən məxfi” silahından yazdı: Kiyev onlarla nələri hədəf alır?

ABS Ukraynanin “en mexfi” silahindan yazdi: Kiyev onlarla neleri hedef alir?

Ukrayna Rusiyanın dərinliklərinə hücum etmək üçün “Lyuty” tipli pilotsuz uçuş aparatından (PUA) istifadə edir.

 Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

Sentyabrın 29-na keçən gecə CNN jurnalistləri Rusiyaya 100-dən çox dron buraxmağa hazırlaşan qrupla iki gün ölkəni gəzib.

Müxbirlər qeyd ediblər ki, sözügedən bölmə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə tabedir. Onlar pilotsuz uçan aparatı "Ukraynanın çox məxfi silahlarından biri" adlandırıb və onun 13 fut (3,9 metr) uzunluğuna və 23 fut (7 metr) qanad genişliyinə malik olduğunu qeyd ediblər. Jurnalistlər bölmənin hədəfinin silah-sursat anbarları, xüsusən də “anbarın içərisində dayanan qatar vaqonları” olduğunu qeyd ediblər. Vaqonların “İran raketləri ilə doldurulduğu” iddia edilir. Pilotsuz təyyarənin hücumundan sonra Ukrayna Silahlı Qüvvələrinin (UAF) üzvləri amerikalı jurnalistlərə bildiriblər ki, onların raketləri məhv etmək missiyası uğurlu olub.