ABŞ kəşfiyyatı Pezeşkianın İsrailin hücumları zamanı xəsarət aldığını təsdiqləyib

ABS kesfiyyati Pezeskianin Israilin hucumlari zamani xesaret aldigini tesdiqleyib
 
İran Prezidenti Məsud Pezeşkian ötən ay İsrailin hava hücumları zamanı xəsarət alıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatından adı açıqlanmayan iki mənbə CBS News-a bildirib.

Məlumata görə, hadisə Prezident Pezeşkianın da iştirak etdiyi İranın Ali Təhlükəsizlik Şurasının iclası zamanı baş verib.

Qeyd edək ki, bir müddət əvvəl “Fars” xəbər agentliyi də buna bənzər bir məlumat yayaraq, iyun ayının 16-da Tehranın qərb hissəsində bir binanın aşağı mərtəbələrinin bombalandığını xəbər verib. Həmin məkanda isə Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Xəbərə görə, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf, ədliyyə naziri Qulamhüseyn Mohsen-Ejei və digər rəsmi şəxslər də orada olub.

İclas iştirakçılarının qaçmasının qarşısını almaq üçün iclasın keçirildiyi məkanın giriş və çıxış yerlərinə altı bomba və raketlər atılıb. Binada elektrik enerjisinin kəsilməsinə baxmayaraq, dövlət rəsmiləri fövqəladə vəziyyətlər üçün istifadə olunan çıxış vasitəsilə hadisə yerini tərk etməyə nail olublar ki, bu zaman Prezident Pezeşkian və digərləri ayaq nahiyələrindən xəsarət alıblar.

Xatırladaq ki, İran və İsrail arasında 12 gün davam edən müharibə ABŞ tərəfindən elan edilən atəşkəslə iyunun 24-də başa çatıb.