ABŞ generalı Makkini Bakıdan sonra İrəvana yollanıb
Zeferinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, nümayəndə heyətinin səfərinin məqsədi 8 avqustda Ağ Evdə keçirilmiş sammitdə əldə olunan razılaşmaların dəstəklənməsidir.
ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində general-mayor MakKinni Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.