ABŞ Dövlət katibinin müavini Bakıda şəhidlərin xatirəsini yad edib - FOTO

ABS Dovlet katibinin muavini Bakida sehidlerin xatiresini yad edib - FOTO
ABŞ Dövlət katibinin müavini Allison Huker Şəhidlər xiyabanını ziyarət edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Allison Huker Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib.

"Dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub.