ABŞ-də azərbaycanlıların iştirak etdiyi MMA döyüş turnirinə start verilib

ABS-de azerbaycanlilarin istirak etdiyi MMA doyus turnirine start verilib

ABŞ-ın Nyu-York şəhərində Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və ABŞ-ın CSE Combat təşkilatının təşkilatçılığı ilə “The Gauntlet” adlı çoxmərhələli həvəskar və peşakar döyüş turnirinə start verilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, turnirdə ABŞ-ın tanınmış MMA döyüşçüləri və idman azarkeşləri iştirak ediblər. Turnir döyüşçülərin fiziki və psixoloji imkanlarını sınağa çəkmək, eyni zamanda gələcəyin perspektivli ulduzlarını üzə çıxarmaq məqsədi daşıyır.

Turnir çərçivəsində MMA və kikboksinq döyüşləri də təşkil olunub. Həmin qarşılaşmalarda yüksələn istedadlar öz bacarıqlarını nümayiş etdirərək azarkeşlərin diqqətini cəlb ediblər.

Hər çəki dərəcəsində səkkiz idmançının iştirak etdiyi turnir tək-məğlubiyyət sistemi üzrə keçirilib. İştirakçılar növbəti mərhələyə yüksəlmək uğrunda gərgin və prinsipial mübarizə aparıblar.

Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-də yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı “Report”a açıqlamasında bildirib ki, turnir ilk dəfə təşkil olunur və rəhbərlik etdiyi qurumun ABŞ-də idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihədir:
AAYSA sediri Elgun Xanoglan  bilidirib ki

“Təşkilatımız 2023-cü ildə qurulub. Qurulduqu günden bir cox tədbirlər həyata keçirib Bu ilik MMA yarşı oldu Üzvlərimiz ABŞ-də fəaliyyət göstərən azərbaycanlı həmvətənlərimiz və idmançılardır.Onların arasında artıq MMA-da döyüşən idmançılarımız da var. Azərbaycanlı idmançıların ABŞ-də öz güclərini sınamaları üçün böyük layihələr üzərində işləyirik. Bu turnir də həmin layihələrdən biridir”.

Turnirin 1-ci raundunda Bantamweight və Flyweight çəki dərəcələrində döyüşlər keçirilib və qaliblər 2-ci mərhələyə  vəsiqə qazanıblar.

Döyüşçülər arasında azərbaycanlı məşqçi Teymur Hesenov tərəfindən hazırlanan 3 idmançı da yer alıb. Milliyyətcə ukraynalı olan həmin döyüşçülərdən ikisi rəqiblərini nokautla məğlub edərək birincilik qazanıb. Onlar qələbələrini Azərbaycan bayraqları ilə qeyd ediblər.

Gecə çərçivəsində turnirdənkənar MMA və kikboksinq qarşılaşmaları da baş tutub. Həmin döyüşlərdə yüksələn istedadlar öz bacarıqlarını nümayiş etdirərək tamaşaçıların böyük marağına səbəb olub.

CSE Combat rəhbərliyi turnirin döyüş idmanlarına marağı artırdığını və yeni idmançıların tanınmasına imkan yaratdığını bildirib.