87 əcnəbi Gürcüstandan deportasiya edildi: azərbaycanlılar da var
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, son günlər Rusiya vətəndaşları da daxil olmaqla, 87 əcnəbini deportasiya ediblər.
Zeferinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Rəsmi məlumata görə, Azərbaycan, Banqladeş, Misir, İsrail, Hindistan, İran, İordaniya, Qazaxıstan, Çin, Livan, Suriya, Sudan, Nigeriya, Rusiya, Tayland, Türkmənistan, Türkiyə, Özbəkistan və Cənubi Afrika vətəndaşları Gürcüstandan deportasiya ediliblər.
Həmin şəxslərin ölkəyə girişi qadağan edilib.
Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib. Hər ay Gürcüstan Daxili İşlər Nazirliyi onlarla əcnəbi vətəndaşın deportasiyası barədə məlumat verir.