8 ayda əlilliyi olan 28,2 min uşağa reabilitasiya xidmətləri göstərilib

8 ayda elilliyi olan 28,2 min usaga reabilitasiya xidmetleri gosterilib

Bu ilin yanvar-avqust aylarında əlilliyi olan 28,2 min uşağa xidmətlər göstərilib.

Bu barədə Zeferinfo.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məlumat verilib.

Onlardan 19,2 mini ambulator, 1,4 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Back To Top