75 yaşlı qadını 450 manata görə qətlə yetirən şəxsin məhkəməsi başladı
Bakıda 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə hazirliq iclası keçirilib.
Zeferinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrlik etdiyi iclasda təqsirləndirilənin anket məlumatlari dəqiqləsdirilib.
Süleyman Cəbiyev barəsində seçilmis həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bagli qərar qəbul edilib.
Məhkəmənin baxiş iclasi noyabrin 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-il mayın 28-də Sabunçu rayonunun Maştaga qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib.
Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanin yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olub, ev sahibəsinin boyun nahiyəsinə ağır zərbələr endirib.
75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinəndən sonra Süleyman Cəbiyev onun mənzilindəki paltar dolabinda qadin çantasindakı 450 manatı götürərək hadisə yerini tərk edib.
Süleyman Cəbiyev barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işı açılaraq ittiham irəli sürülüb.