Bu barədə Bizimyol.info xəbər portalına Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk danışıb. Ekspert qeyd edib ki, XIX əsrdə Çar Rusiyasında bizə tatarlar deyirdilər.

“Əslində bu, Türk olmağımıza işarə idi. XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlalayaq milli ideyalar, Türkçülük ideyaları güclənməyə başladı. Milli ideoloqlarımız tərəfindən ardıcıl xətt götürüldü. Mətbuat orqanlarında Türkçülük ideyaları müzakirə olunmağa başladı. Məsələn; AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildə "Açıq" söz qəzetinə yazdığı məqalədə açıq-aydın deyirdi ki, "Müsavat" partiyası Türkçülüyü əsas götürməlidir. Bu belə oldu. 5 il sonra yaranan AXC dövlət bayrağında birinci olaraq göy rəng əsas götürdü. Türkçülüyümüzə rəsmi qayıdış idi”-deyən Elnur Eltürk qeyd edib ki, babalarımız bu ideoloji xətti bayrağımızda gətirməklə, bizi tariximizdən uzaqlaşmamağa dəvət edirlər və 70 il sovet imperiyası bunun qarşısını ala bilmədi. Gizlin olsa da, Türklüyümüzü yaşadan insanlarımız var idi.
İradə Cəlil, Bizimyol.info