6 mindən çox şəxs eksternat imtahanda iştirak edəcək

6 minden cox sexs eksternat imtahanda istirak edecek

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

Bu barədə Zeferinfo.az-a  Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.