“525-ci qəzet”in yaranmasından 32 il ötür

“525-ci qezet”in yaranmasindan 32 il otur

Bu gün “525-ci qəzet”in yaranmasından 32 il ötür 

Zeferinfo.az-ın məlumatına görə, 1992-ci il 17 noyabrda ilk dəfə nəşrə başlayan qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.

1996-ci ilə kimi həftəlik nəşr olunan qəzet, 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik, 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.

Müsətqillik dövrü mətbuatının ilk qaranquşlarından olan qəzetin informasiya, siyasət, iqtisadiyyat, mədəniyyət və idman şöbələri fəaliyyət göstərir.

Bu qəzetin rəhbəri,  Azərbaycan mediasının ağsaqqalı Rəşad Məcidin timsalında bütün 525-ci qəzetin əməkdaşlarını təbrik edirəm və ən azı adınız qədər yaş arzulayıram.