50 yaşlı gənc – Hələ görüləcək çox işlər var

50 yasli genc – Hele gorulecek cox isler var
Dostlar arasında bir zarafatımız var. Kim özünü qoca hiss edir? Əslində içimizdə yaşa görə ən böyüyümüz odur. Amma heç kim “qocalığı” boyununa almaq istəmir. Elə bu günkü yubiliyar, ömrünün qızıl dövrünə qədəm qoyan gənc kimi… Hə gəlin sizi bu gənclə tanış edim. Qarabağ döyüşlərinin qazisi, ömrünün 30 ilini mətbuatda keçirən bu gənc Nahid Canbaxışlıdır.

O əsl dost, əsl qardaşdır. Elə məhz bu sədaqətinə, mərhəmətinə görə hər kəs ona xüsusi sevgisi var.

Cəmi 17 yaşında vətən üçün savaşa atılan, özünü sağlamlığını vətən üçün fəda edən elə vətən kimi adamdır Nahid…

Vətənə, elə bağlı olduğunu elə bu gün özü ilə bərabər yubileyi yaşı olan Vətəninfo.az informasiya portalı qeyd edir. Nahid həm də silahı, qələmə dəyişən bir qazidir.

Dar gündə hamının dadına çatan, bəzən isə çılğınlıq edən bu gənc indi 50 illik yubileyini qeyd edir.

50 illik yubileyin mübarək, əziz və hörmətli dostum! Uca Tanrı hər zaman yar və yardımçın olsun. Arzularına çatasan! Sənin arzuların həm də bu xalqın və millətin arzularıdır. Sən ürəyi xalq və millət üçün döyünən insansan! Möhkəm ol, sağlam ol, Var ol!