23 yaşlı gənc minaya düşdü, ayağı amputasiya olundu

23 yasli genc minaya dusdu, ayagi amputasiya olundu

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı olub.

Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal-qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.