Millət vəkili qeyd edib ki, Ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanı bu çətin sınaqlardan üzüağ çıxardı və neft strategiyasının əsasını qoydu.
“2003-cü ildə İlham Əliyev seçkiyə gedərkən Azərbaycanda çoxsaylı çadır düşərgələri var idi. İlham Əliyev Ulu Öndərin apardığı siyasətin davamı olaraq ölkəni çiçəklənməyə doğru aparmağa başladı. Cəmi 21 il ərzində İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirdi. Torpaqlarımız işğaldan azad edildi, iqtisadiyyatımız sürətlə inkişaf etdi. “- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: