2025-ci ildə Azərbaycanda 41 erkən evliliyin qarşısı alınıb
2025-ci ildə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırmalar aparılıb.
Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb.