12 sentyabr şəhidlərinin anım mərasimləri keçiriləcək

12 sentyabr sehidlerinin anim merasimleri kecirilecek

2022-ci il 12 sentyabrdan etibarən ermənilərin geniş miqyaslı təxribatının qarşısını alan zaman şəhadətə yüksələn qəhrəmanlarımızın birinci il dönümüdür.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi Azərbaycanın müxtəlif bölgələrində şəhidlərin məzarlarını ziyarət edir, əbədiyyət zirvəsinə ucalan qəhrəman döyüşçülərin ailələri, doğmaları, yaxınları ilə görüşür, onlara müxtəlif xarakterli dəstəklərini göstərirlər.

Qeyd edək ki, 2022-ci il sentyabr şəhidlərimizin ildönümləri 14 sentyabra qədər davam edəcək.

Müqəddəs yurdları üçün canından keçən qəhrəmanlarımızı hörmətlə anırıq. Vətən sağ olsun!