2020-ci ildən sonra sülhməramlıların olduğu ərazilərdə 500 mindən artıq mina basdırılıb - XİN

2020-ci ilden sonra sulhmeramlilarin oldugu erazilerde 500 minden artiq mina basdirilib - XIN

2020-ci ildən sonra Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur.

 

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair şərhində deyilib. 

Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.