200 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

200 minden cox sexs aktiv mesgulluq tedbirleri ile ehate olunub

Bu ilin yanvar-may aylarında 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, onlardan 59 min şəxs münasib işlərlə təmin olunub, 7,5 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Cari ilin 5 ayında 4,7 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 129,5 min şəxsə peşəyönümü xidmətlər göstərilib.