Zeferinfo.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, səfirlik UNESCO yanında Azərbaycan Daimi Nümayəndəliyi və Azərbaycan diasporu ilə birlikdə 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Sen-Klu qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarları önündə toplaşaraq onların xatirəsini yad edib və şəhidlərin əziz xatirəsinə ehtiram göstəriblər.


